Kriminal

İcra başçısı istintaqa ifadə verdi

İcra başçısı istintaqa ifadə verdi

Lənkəranın icra başçısı Taleh Qaraşov istintaq orqanının əməkdaşları tərəfindən dindirilib. İcra başçısı təxminən iki saat müstəntiqləri maraqlandıran suallara cavab verib.

Bu barədə Yenisabah.az-a hüquq – mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Taleh Qaraşovun qardaşının qətli ilə bağlı dindirildiyi bildirilir.

Qeyd edək ki, Taleh Qaraşovun qardaş Azər Qaraşov iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Əvvəl mərhumun intihar etdiyi bildirilsə də, sonradan onun qətlə yetirildiyi məlum olub. Qanlı cinayət hadisəsi ilə bağlı Azər Qaraşovun oğlu Azay Qaraşov saxlanılıb.

O, atasını qətlə yetirməkdə ittiham olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda kütləvi dava olub, bir nəfər güllənib, 2 nəfər bıçaqlanıb

redaktor

Xoşqədəm və Elgizin adından pul yığan şəxsə 7 il cəza

redaktor

Arayik Azərbaycandakı “bank”ın vaxtilə Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb

redaktor