21 C
Bakı
12 Avqust 2025 03:10
Dünya

Rusiya 47 ildən sonra “mən də varam” dedi: Aya kosmik gəmi göndərildi – VİDEO

 

Rusiya 1976-cı ildən bəri ilk dəfə su mənbəyi axtarmaq üçün Aya kosmik gəmi göndərib.

Tacxeber.com xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) “Luna-25” kosmik gəmisini daşıyan “Soyuz 2.1v” raketini paytaxt Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan havaya qalxıb.

“Luna-25” uğurlu buraxılışdan sonra uçuş orbitinə daxil olarkən kosmik gəminin avqustun 21-də Ayın cənub qütbünə enməsi gözlənilir.

Təxminən 1 il Ayda araşdırma aparacaq “Luna-25”, kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdırmaq, həmçinin su mənbələrini axtarmaq missiyalarına malikdir.

“Roskosmos”un rəhbəri Yuri Borisov deyib ki, “Luna-25” Aya dinc məqsədlə göndərilib və onlar 2027, 2028 və 2030-cu illərdə də Aya kosmik gəmi göndərməyi planlaşdırırlar.

Tacxeber.com

Oxşar xəbərlər

Qara ilə Ağın əsirliyində yaşamaq

redaktor

Ukrayna “Lukoyl”un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu.

admin

Moskvada erməni generalı saxlandı – ŞOK TƏFƏRRÜAT

redaktor