21 C
Bakı
12 Avqust 2025 09:04
Hadisə

Azərbaycana zəhərli maddə gətirmək istədilər

 

Qazaxıstandan Azərbaycana “Professor Gül“ gəmi-bərəsi ilə gətirilmiş nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı gömrük nəzarətindən gizlədilmiş 50,265 qram metallik civə zəhərli maddə aşkar edilib götürülüb.

Tacxeber.com bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Zəhərli maddə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda nəqliyyat vasitəsinə gömrük baxışı zamanı aşkar edilib.

Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən araşdırma aparılaraq Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) və 240.2.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və Baş idarənin əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən maddənin satışını təşkil edən şəxs müəyyən edilərək CM-nin 206.3.2 və 240.2.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Dəfn zamanı meyit başqa məzara düşüb itdi – Kuryoz olay

redaktor

Aleks Lyutı: nasist əlaltısı

admin

Xəstəxanaya müayinəyə gedən polis mayoru vəfat etdi

redaktor