15 C
Bakı
26 Mart 2026 19:03
Hadisə

Ekvadorda prezidentliyə namizəd seçkilərə 10 gün qalmış qətlə yetirildi – VİDEO

 

Ekvadorda keçiriləcək prezident seçkilərinə 10 gün qalmış korrupsiyaya qarşı mövqeyi ilə tanınan prezidentliyə namizəd Fernando Villavisensio silahlı hücum nəticəsində dünyasını dəyişib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Villavisension paytaxt Kitoda qatıldığı tədbirdən sonra maşınına minərkən başından üç güllə ilə vurulub.

Hadisə nəticəsində bir deputat namizədi və 2 polis əməkdaşı olmaqla 9 nəfərin yaralanıb.

Ekvador Baş Prokuroru hücumu həyata keçirən şübhəlinin təhlükəsizlik qüvvələri ilə atışmada güllələndiyini və aldığı xəsarətlərdən həlak olduğunu bildirib.

Yerli polisinin keçirdiyi əməliyyatlarda hadisə ilə əlaqəsi olduğu ehtimal edilən 6 nəfərin saxlanılıb.

 

Oxşar xəbərlər

Rəşad Dağlının faciəsi: Qətlə aparan yol…

redaktor

İsrail həbsxanalarında iğtişaşlar – Mübhəm ölüm

redaktor

Stüardessanın qardaşı DANIŞDI: “Məndən DNT analizi götürdülər”

redaktor