15 C
Bakı
24 Mart 2026 13:13
Sağlamlıq

Dabanda çatları olanlar – Bu vitaminləri qəbul etsin

 

Daban çatlarının yaranmasının səbəbi baxımsızlıq olmaqla bərabər, daxili patologiyaların olması ilə də bağlı ola bilər.

Bu tip xəstəliklər zamanı orqanizmdə qan dövranı pozulur. Bu dəyişikliklər nəticəsində ayaq dərisinin kobudlaşması və zədələnməsi hallarına rast gəlinir.

“Medicina” xəbər verir ki, rusiyalı terapevt Tatyana Romanenko sözlərinə görə, dabanlarda yaranan çatlaqlar endokrin pozğunluqlarının həmçinin qida çatışmazlığının nəticəsi ola bilər. Xüsusən B vitamini, D vitamini, A vitamini, E vitamini orqanizmdə çatışmadığı zaman, daban çatlarına rast gəlinir.

“ Çatlaqlar diabet və xəstə tiroid əlaməti də ola bilər. Həmçinin dabanlarda çatlar dəri toxumasının qidalanmasnını pozulduğu və ya dəridə pis damarlar olduqda da görünə bilər.

Araşdırmalara əsasən, qan tədarükünü pozan və çatlaqlara səbəb olan xəstəliklər ateroskleroz və şəkərli diabetdir. Beləliklə, ayaqlarda yaranan problemlərlə daha yaxından tanış olmaq lazımdır ki, bu kiçik problemlər böyük
patologiyalara gətirib çıxarmasın. Bundan əlavə, çatlamış dabanlar xəstə tiroid vəzininb də göstəricisi ola bilər.

Dərinin quruması və çatlamış dabanların başqa bir çox yayılmış səbəbi tiroid funksiyasının azalmasıdır, yəni hipotiroidizmdir”.

Tacxeber.com

Oxşar xəbərlər

Makiyajla idman etməyin riskləri: Mütəxəssis elə şeylər dedi ki…

redaktor

Diqqət: Xoruldamaq ciddi xəstəliyin əlaməti ola bilər

redaktor

Yuxusuz qalan adamların ürəyi sıradan çıxır.

admin