12 C
Bakı
28 Mart 2026 14:59
Cəmiyyət

“Qucağıma alıb gəzdirməliyəm?!”

 

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı ilk evliliyindən olan oğlu Zaur Qocayevdən danışıb. Yenisabah.az xəbər verir ki, “Səni axtarıram” verilişində böyük oğlundan danışan aparıcı övladı ilə şəkil paylaşmadığı üçün onu qınayan izləyicilərinə cavab verib:

“Bəzən sosial şəbəkələrdə kiçik oğullarımla şəkil paylaşanda şərh yazırlar ki, “Bəs sizin böyük oğlunuz hanı?”Bu zaman məni gülmək tutur.

Mənim 18 yaşım vardı, ata-anama baxırdım, onlar üçün gecə-gündüz çalışırdım. Məcburi köçkün idik çalışırdım gecələr yatmırdım ki, valideynlərimi çadır şəhərciyindən çıxarım. Atam-anam ac-susuz qalmasın deyə, gecələr də çalışırdım. 28 yaşında oğlanı ana qucağına alıb gəzdirməlidir?! 28 yaşlı kişi ailə başçısı olur. Mən 18 yaşımda qucağımda körpə uşaqla qəzetdə çalışırdım”.

Qeyd edək ki, X.Hidayətqızı 9 il öncə ikinci dəfə türkiyəli müğənni Doğuşla ailə qurub. Xoşqədəm və Doğuş cütlüyünün əkiz oğulları var.

Tacxeber.com

Oxşar xəbərlər

Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi

redaktor

“Əgər 2-3 ildən sonra verdiyim vədlər boşa çıxsa, yenə də məsuliyyəti özüm daşıyacağam” – Santuş

admin

Niyə M. Rəsulzadə Stalinin təklifini qəbul edib? – Əsas səbəb.

admin