Cəmiyyət

Qarabağın erməni sakinlərinin “Laçın” SBM-dən sərbəst keçidini sübut edən növbəti görüntülər – VİDEO

 

Avqustun 9-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən (SBM) növbəti sərbəst keçidi təmin edilib.

Bununla bağlı görüntülər Caliber.Az-ın yaydığı yeni videokadrlarda əks olunub.

Videogörüntülərdə mülki şəxslərin sənədlərinin və baqajlarının yoxlanılması prosesi əksini tapıb. Yoxlandıqdan sonra onların sərhəd-buraxılış məntəqəsindən sərbəst keçməsi təmin edilib.
Bu videokadrlar Qarabağ ermənilərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin və ya çətinliyin olmadığını bir daha sübut edir.

 

Oxşar xəbərlər

“Günü 30 manata işçi tapmaq olmur”

redaktor

Polis rəisi vəzifəsindən azad edilən Aqil Abbasın oğlunun rütbəsi artırıldı.

admin

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

redaktor