29 C
Bakı
11 Avqust 2025 11:47
Cəmiyyət

Cahangir Əsgərovun həyat yoldaşına məxsus şirkətlə bağlı QƏRAR

 

Bakı Kommersiya Məhkəməsində Azərbaycanda nəzarət-kassa aparatlarının satışı ilə məşğul olan “Billur Elm İstehsalat” MMC-nin “Gazelli Group” MMC-yə qarşı iddia üzrə məhkəmə iclası başa çatıb.

Tacxeber.com-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iddia qismən təmin edilib.

Qeyd:“Billur Elm İstehsalat” MMC “Gazelli Group” MMC-ni məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və sair öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırlatma: Mətbuatda yayılan məlumata görə, “Gazelli Group” MMC “Azərbaycan Hava Yolları”(AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya məxsusdur. Sözügedən MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 42 milyon 32 min manat olan “Gazelli Group”un qanuni təmsilçisi Nərmin İsmayılovadır. Onu da bildirək ki, Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva eyni zamanda “Premium Bank” ASC-nin əsas səhmdarıdır.

Tacxeber.com

Oxşar xəbərlər

“Bunları eşidəndə bədənim əsirdi” – Afaq Bəşirqızı

redaktor

Cəmil Həsənli Elbəyi Həsənli QALMAQALI

admin

Fərid Səfərlinin anası: “SEPAH oğlumun cəza müddətini artırmaq istəyirdi”

redaktor