12 C
Bakı
28 Mart 2026 15:00
CəmiyyətGündəm

Tərtərin icra başçısı həbs olunacaq ?

Məlumata görə, bir neçə gün əvvəl rayonda keçirilən əməliyyatda həbs edilən Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov istintaqa ilkin ifadəsində icra başçısının əleyhinə ifadə verib.

Bu isə icra başçısı Müstəqim Məmmədovun həbs edilməsi üçün ciddi əsas yaradıb.

Xatırladaq ki, Baş Prokurorluğun açıqlamasında Tofiq Kərimovun yerli vətəndaşdan tikintiyə icazə üçün 25 min manat pul aldığı bildirilir.

Onun bu vəsaiti icra başçısına verdiyi deyilir.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, Müstəqim Məmmədov artıq özünə vəkil də tutub.

Onun bu həftə ərzində istintaqa çağırılacağı gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda 16 yaşlı cüdoçunun bıçaqlanma anı – VİDEO

redaktor

Keçmiş direktorun oğlu 2,7 milyonluq tenderin qalibi oldu

admin

Əli Həsənovun oğlu ABŞ-da yeni şirkət yaratdı – Fotolar

admin