7 C
Bakı
28 Dekabr 2025 06:30
Cəmiyyət

Bakıda Putinə göndərilən xüsusi qarpız – Kilosu 3 manata… – FOTO

Bakıda “Yaşıl bazar”da mövsüm meyvələri və qarpız fantastik qiymətə satılır. Belə ki, qarpızın kilosu 2-3 manata, yemişin kilosu 3-4 manata, qarğıdalının ədədi isə 2 manata satılır.

Bakupost.az -ın əməkdaşı dünən bazara baş çəkərək, burada meyvə-tərəvəzin marketlərdən qat-qat baha qiyməyə satılmasının səbəbi ilə maraqlanıb.

Satıcılar kilosu 3 manata olan qarpızın “dədə-baba sortu”ndan olduğunu, onu yalnız imkanlı şəxslərin aldığını, hətta Rusiya prezidenti Vladimir Putinə də məhz bu qarpızdan göndərildiyini bildiriblər.

Digər meyvələrin də marketdə satılanlardan olmadığı deyilib.

Qeyd edək ki, marketlərdə qarpızın kiloqramı 25-30 qəpikdir.



Tacxeber.com

Oxşar xəbərlər

Əvvəllər Təhsildə olan bir problemi “Facebook”da paylaşırdın həmən reaksiya verilirdi.

admin

Daha bir tiktoker həbs olundu – DİN-dən açıqlama

redaktor

Rəşid Mahmudovun qızlarına verdiyi məsləhət – VİDEO

admin