21 C
Bakı
20 Oktyabr 2026 14:12
Hadisə

19 yaşlı gənclər itkin düşdü – FOTO

 

İsmayıllı şəhər sakini, 2004-cü il təvəllüdlü Mayılova Aytac Hikmət qızı və həmyaşıdı, rayonun Kürdmaşı kənd sakini Xəlilov Ağaverdi Tofiq oğlu iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar.

Bu barədə “Ölkə.az”a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

“Şəkillərdə gördüyünüz şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – qurumdan bildirilib.

Oxşar xəbərlər

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor

“28 May” yaxınlığında insident: yüzlərlə saxlanılan olduğu bildirilir

redaktor

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin