Kriminal

Bakıda saxta 200 manatlıqlarla yaşlı insanları aldadan şəxs tutuldu

Bakıda saxta 200 manatlıqlarla yaşlı insanları aldadan şəxs tutuldu

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

Tacxeber.com DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşları naməlum şəxsin kimliyi müəyyən edib. Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.

Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.

Araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Nazir ana olan 13 yaşlı məktəblidən DANIŞDI

admin

3 dost saxta polis idarəsi yaratdı – Maraqlı tarixçə

admin

Baş həkim və həyat yoldaşı buna görə QƏTLƏ YETİRİLİBMİŞ – TƏFƏRRÜAT

redaktor