Dünya

Paşinyan yenə öz günahını başqasının boynuna yıxır

 

“Paşinyan yenə də öz günahını başqasının boynuna yıxır. Şıltaqcasına ayağını yerə vuraraq rus sülhməramlılarından “işə qarışmağı”, Qarabağdakı etnik erməniləri müdafiə etməyi, Laçın yolundakı “blokada”nın aradan qaldırılmasını tələb edir”.

Tacxeber.comxəbər verir ki, bu fikirləri özünün Telegram kanalında erməni bloger, Paşinyanın qatı düşməni Mika Badalyan yazıb.

“Sadəcə bir şeyi unutmayaq: ölkə başçısı Rusiya hərbçiləri deyil, Paşinyandır. Birincisi, Qarabağı Azərbaycanın bir hissəsi kimi Paşinyan tanıyıb. Nə Rusiya, nə də başqası bunu edib. İkincisi, Rusiya ilə onsuz da çətin olan münasibətləri “həddən artıq qızışdırmaq” nə Ermənistanın, nə də qondarma rejimin maraqlarına uyğun deyil.
Nikol isə Rusiya Xarici İşlər Nazirliyinin xəbərdarlıqlarını eşitməzliyə vurur. Yəqin, bu, onun maraqlarına uyğundur. Hansı nəticəyə gəlmək olar? Bu barədə dəfələrlə deyilib. Paşinyan Qərb kuklalarının maraqlarından çıxış edir və qondarma rejim onun vecinə deyil. Sülhməramlılar ətrafında isterikanı qızışdırmaq və Rusiya Federasiyasını Qafqazdan “sıxışdırıb çıxartmaq” onun planının yalnız bir hissəsidir”, – deyə o, qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Dağıstanda yəhudilərlə bağlı gərginlik: nazirlər, xüsusi təyinatlılar əraziyə gəldi – VİDEO

redaktor

Pezeşkiandan hicab məsələsi ilə bağlı KRİTİK AÇIQLAMA

redaktor

Xocalı qatili Balasanyanla bağlı SON DƏQİQƏ məlumatı

redaktor