“Tərtər işi” üzrə ittiham olunan 4 nəfər- Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Məhkəmə Kompleksində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən budəfəki prosesdə Azərbaycan ordusunun sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovun bacısı oğlu, general-mayor Ramil Əsgərov şahid qismində dindirilib.
