Cəmiyyət

Vasif Talıbov və oğlu bu komitələrin üzvü seçildilər

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiqlənib və deputatların sayı 5-dən 10-a çatdırılıb. Həmçinin, 6 komitədən 2-si ləğv edilib, 4 komitə isə saxlanılıb. Bunlar Hüquq siyasəti, İqtisadi siyasət, Sosial siyasət və Humanitar siyasət komitələridir.

Tacxeber.com Unikal-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinin deputatları Vasif Talıbov Sosial siyasət komitəsinin, oğlu Seymur Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçiliblər.
S.Talıbov bundan əvvəl İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.

Qeyd edək ki, 2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq, V.Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Mehbalıyevin oğlu və Əli Həsənovun kürəkəni olan keçmiş polis zabiti İsfəndiyar Mehbalıyev Dubayda yaşayır

admin

Tanrılar çox idi, sonra bir oldu: Bəşəriyyətin 300 min illik tarixində təkallahlılığın yeri

redaktor

Naxçıvanda yanacaq növbələri: sakinlər qıtlıqdan danışır, SOCAR problem olmadığını bildirir

admin