GündəmSiyasət

Ermənistan gülməlidir, orada yaşamaram – Qalustyan

 

“Ermənistan Rusiyadan o qədər asılı ölkədir ki, yaşamaq üçün oranı seçmək çox qəribədir. Mən Ermənistanı seçməzdim”.

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı yumorist və teleaparıcı Mixail Qalustyan Ermənistana köçmək planları ilə bağlı fərziyyələri şərh edərkən deyib.

“Mən öz geri çəkilmə marşrutlarımı hazırlamaq istəsəydim, yəqin ki, Ermənistana çəkilməzdim. Mənə elə gəlir ki, Ermənistan Rusiyadan o qədər asılı ölkədir ki, geri çəkilmək üçün Ermənistanı seçmək çox qəribədir. Çox qəribədir ki, kimsə məni özününkü hesab edirdi və mən ikinci vətəndaşlıq alandan sonra məni belə hesab etməyi dayandırdılar”, – Qalustyan  deyib.

Komediyaçının sözlərinə görə, bir çox ermənilər, hətta Kaliforniyadakı ermənilər Ermənistan vətəndaşlığı almaq istəyir: “Bu mənə gülməli gəlir”, – Qalustyan bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

61 yaşlı Nemət Pənahlı bu hərəkəti ilə diqqət çəkdi – VİDEO

redaktor

Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedir

redaktor

“Camaatı küçəyə çıxarmaq üçün ölüm-dirim mübarizəsi aparacağam” – “Arabo” terror dəstəsinin komandiri

admin