23 C
Bakı
24 İyun 2025 13:10
Hadisə

Rusiya Ukraynanın Krivoy Roq şəhərini vurdu: ölən və yaralananlar var

 

Rusiya Ukraynanın cənubundakı Krivoy Roq şəhərində 9 mərtəbəli mənzil və təhsil müəssisəsini raketlə vurub.

Tacxeber.com “Haber7com”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti açıqlama verib.

“Ruslar 9 mərtəbəli yaşayış binasına raket zərbəsi endiriblər. Yanğın binanın 4-cü mərtəbəsində baş verib. Yanğından 2013-cü il təvəllüdlü uşaq xilas edilib. 4 nəfər həlak olub, 33 nəfər yaralanıb”,-açıqlamada qeyd olunub.

Digər tərəfdən hədəfdə olan mənzildən 3 nəfərin xilas edildiyi, 30 nəfərin isə təxliyə edildiyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda DƏHŞƏTLİ HADİSƏ: Tələbələr həlak oldu

redaktor

Rusiyalılar doğum evini atəşə tutdu – Körpə həlak oldu

redaktor

“Neft Daşları”nda kran dənizə düşdü – maşinist həyatını itirdi

redaktor