19 C
Bakı
01 Oktyabr 2026 00:55
DünyaGündəm

Quranın yandırılmasına etiraz olaraq “İsveç” pasportunu yandırdı – FOTO

 

Qurana hücumlara etiraz olaraq, 7 ildir Stokholmda yaşayan və İsveç pasportunu yandıran iraqlı Şeyma Qədban ölkəsinə qayıdıb.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, 26 yaşlı Şeyma Avropada Qurana qarşı hücumların artması səbəbindən keçirdiyi etiraz aksiyasının təfərrüatlarını danışıb.

“2015-ci ildə Türkiyəyə getdim və 6 ay orada qaldım. Sonra Avropaya köçmək istədim. İsveçə dəniz və avtobuslarla 2 həftəyə çata bildim. Bu müddət ərzində mən də qaçqın düşərgələrində qaldım. İsveçə getməkdə məqsədim universitetdə təhsil alıb özümə yaxşı gələcək qurmaq idi. Bir müddət sonra Stokholmda yaşamaq icazəsi, daha sonra isə Avropa ölkələrinə gedə biləcəyimə icazə verən müvəqqəti İsveç pasportu aldım”.

İsveçin paytaxtı Stokholmda Qurana edilən hücumları müsəlman olaraq rədd etdiyini vurğulayan Şeyma, baş verənlərdən çox üzüldüyünü dilə gətirib:

“Mən Quranı və ölkəmi müdafiə etmək üçün İsveç pasportumu, ən əsası, üzərində “İsveç” yazılmış rəsmi sənədi yandırdım. Bütün müsəlman və ərəb ölkələri Quranı müdafiə etməlidir. İstəyirəm ki, bütün müsəlmanlar mənim etdiyim bu etirazı dəstəkləsinlər. İsveçdəki pasportumu yeniləyə bilərdim, amma risk edib bu hərəkəti etdim. Buna görə üzülmürəm. Allahım mənə başqa şeylər bağışlayar. Bir daha bu ölkəyə (İsveç) qayıtmaq istəmirəm. Allah Qurani-Kərimi yandıranların ürəyini yandırsın”.

Bundan sonra həyatını Bağdadda davam etdirəcəyini deyən Aşkinaz bu hərəkətindən qətiyyən peşman olmadığını vurğulayıb.

Oxşar xəbərlər

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib

admin

Ombudsmanın maaşı 3 min 60 manatdan 12 min manata qaldırlıdı

admin

Azərbaycan–Türkiyə münasibətlərində görünən və görünməyən həqiqətlər

redaktor