25 C
Bakı
11 Avqust 2025 08:20
Cəmiyyət

“Şərəf” ordeni ilə təltif edilən Xalq yazıçısı: “Prezident İlham Əliyevlə fəxr edirəm”

 

Xalq yazıçısı Mövlud Süleymanlı Prezident İlham Əliyev tərəfindən Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilməsinə görə təəssüratlarını bölüşüb.

M.Süleymanlı Pravda.az-a müsahibəsində ona gösətərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Çox sağolsun, məni qiymətləndirdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Cənab Prezidentimizi daha çox tanıdıqca onunla fəxr edirəm. Məni mükafatlandırdığına görə yox, özünün layiq olduğu uca yerlərə, döyüş meydanında qazandığı qələbələrə görə. Çünki bunlar daha əbədidir. Düzdür, “yazı pozulmaz” deyirlər. Amma mənə qalan, gələcəyə qalan cənab Prezidentin öz xidmətləridir. Hamılıqla birgə ruhumuzu şad etdi. Səsimdən o qədər də bilinməsə də, yerdən göyə qədər təşəkkür edirəm”, – o bildirib.

Xalq yazıçısı səhhətində problemlər olduğunu da deyib:  “Bir az səhhətimdə problemlər var. Şəkərlə bağlıdır. Həmişə şəkərim olub…”

Tacxeber.com

Oxşar xəbərlər

Vətəndaşın torpağından yol çəkdi, pulunu vermədi – Məhkəmə 400 min kompensasiya kəsdi

admin

“Transneft” şirkətinin vitse-prezidenti Andrey Bədəlovun Moskvada MEYİTİ TAPILDI

redaktor

Azərbaycanlı vəkil “Gücün Portretləri 2024” üçün seçilib

admin