12 C
Bakı
28 Mart 2026 23:06
Hadisə

Məktəb direktoru 131 min manat mənimsəyib

 

Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbində yol verilən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ölkə.az-a verilən məlumata görə, araşdırma zamanı həmin məktəbin direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən 2018-2021-ci illər ərzində tədris planlarında nəzərdə tutulandan artıq həcmdə dərs saatlarının tarifləşdirilməsi, əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

Bir zamanlar qəhrəman idi, indi isə… – 7 yaşlı uşağın ölümünə səbəb olan Mehman Xəlilov niyə sevilirdi? – VİDEO

redaktor

Dünyanın Nüvə Qəzaları ilə sınaqları.

admin

Qənirə Paşayevanın qardaşı yüksək vəzifəyə GƏTİRİLİR

admin