12 C
Bakı
25 Mart 2026 16:13
Cəmiyyət

Bakıda səkinin zəbt olunmasına rəsmi qurumdan cavab: “Bloqerdir, tədbir görüləsi məqam yoxdur” – VİDEO

 

Bakıda mağazalardan birinin satıcısı mallarını səkiyə yığaraq, satışını həyata keçirib.

Tacxeber.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, görüntülər metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. Satıcı piyada səkisinin hərəkət hissəsini məhdudlaşdıraraq, mallarını səkiyə düzüb və satıb. Bu isə piyadaların hərəkətinə maneələr yaradıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxtın Nizami rayonunda çəkilən və sosial şəbəkələrdə yayılan həmin görüntülərlə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində araşdırma aparılıb:

“Həmin şəxsin yaxınlıqdakı mağazalardan birində işlədiyi müəyyən edilib və şöbəyə dəvət olunub. O, qanunsuz olaraq küçə ticarəti ilə məşğul olduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilib”.

Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəxs videonu qeyri-iş günündə çəkib:

“Video qeyri-iş günü, axşam saatlarında lentə alınıb. Görünür ki, şəxs bloqerdir. Onlayn satış üçün bir-iki dəqiqəlik video çəkib. Məlumatımız olmayıb. Tədbir görüləsi bir məqam yoxdur. Sadəcə, şou çıxarıb”.

Həmin görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər

İsrail ordusu İran raketlərini ƏLƏ KEÇİRDİ

redaktor

İnhisarın dərmanı yoxdur, amma bütün dərmanlar inhisardadır.

redaktor

Rusiyada növbəti oliqarx-məmur özünü pəncərədən atdı-şübhəli ölümlə bağlı maraqlı detallar

redaktor