23.2 C
Bakı
15 İyun 2026 14:04
Hadisə

Ana həbsdəki oğluna blinçikin içində heroin aparıb

 

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ədliyyə Nazirliyi Penitensiar xdmətinin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Pravda.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Alim Çərkəz oğlu Əkbərova anası Mehparə Həsənqulu qızı Əkbərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan ətli blinçiklərin içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 14.396 qram olan narkotik maddə – heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Portuqaliyanın baş nazirinin iqamətgahında axtarış aparılır, administrasiya rəhbəri saxlanıldı

admin

Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinə Azərbaycan bankı da daxil edilib

admin

Türkiyədə kömür mədənində partlayış: 11 nəfər xilas edildi

redaktor