26 C
Bakı
21 İyun 2025 19:02
Hadisə

Ana həbsdəki oğluna blinçikin içində heroin aparıb

 

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ədliyyə Nazirliyi Penitensiar xdmətinin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Pravda.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Alim Çərkəz oğlu Əkbərova anası Mehparə Həsənqulu qızı Əkbərova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman, orada olan ətli blinçiklərin içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə ümumi çəkisi 14.396 qram olan narkotik maddə – heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

“Toplum TV” işi üzrə daha iki nəfər SAXLANILDI

redaktor

Azərbaycanlı tələbə Latviyada müəmmalı şəkildə vəfat etdi

redaktor

TƏBİB: Ceyhunun evinə psixobriqada göndərilir -YENİLƏNİB

admin