Dünya

Norveçli siyasətçi eynək oğurladığını etiraf edərək istefa verdi

 

Norveçin Qardermoen şəhərində Oslo hava limanında günəş eynəyini oğurladığını etiraf edən Qırmızı Partiyasının sədri Byornar Moxnes istefa verib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Moxnes dünən “Facebook” hesabında paylaşım edib.

“Bir çox insan məndən belə axmaq bir şeyi necə etdiyimi soruşur. Niyə belə hərəkət etdiyimi dəfələrlə düşündüm. Ağlabatan izahatım yoxdur”.

Xatırladaq ki, iyunun 16-da hava limanında eynəyi götürən Norveçli siyasətçi eynəyi “təsadüfən” aldığını iddia etmişdi.

O, mövzu ilə bağlı “Facebook” hesabında, eynəyin özünün olduğunu düşündüyünü və çamadanına qoyduğunu bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Bəşər Əsədə niyə İran yox, Rusiya sığınacaq verdi?

redaktor

Rusiya ordusu tərəfindən naməlum istiqamətə aparılan 200 nəfərin arasında azərbaycanlılar da var? – AÇIQLAMA

redaktor

Toyda gəlin ağırlıqqaldırma şousu göstərdi – VİDEO

redaktor