Dünya

Norveçli siyasətçi eynək oğurladığını etiraf edərək istefa verdi

 

Norveçin Qardermoen şəhərində Oslo hava limanında günəş eynəyini oğurladığını etiraf edən Qırmızı Partiyasının sədri Byornar Moxnes istefa verib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Moxnes dünən “Facebook” hesabında paylaşım edib.

“Bir çox insan məndən belə axmaq bir şeyi necə etdiyimi soruşur. Niyə belə hərəkət etdiyimi dəfələrlə düşündüm. Ağlabatan izahatım yoxdur”.

Xatırladaq ki, iyunun 16-da hava limanında eynəyi götürən Norveçli siyasətçi eynəyi “təsadüfən” aldığını iddia etmişdi.

O, mövzu ilə bağlı “Facebook” hesabında, eynəyin özünün olduğunu düşündüyünü və çamadanına qoyduğunu bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Rusiyayla yeni danışıqlar raundunu elan etdi – görüş İstanbulda baş tutacaq

redaktor

Fransada Putinin keçmiş həyat yoldaşının villasına həbs qoyuldu

redaktor

Telefonunuz indi sizi izləyir: Dərhal necə dayandırmaq olar?

admin