24 C
Bakı
26 Sentyabr 2025 15:52
Cəmiyyət

Bakıda avtomobil gedərkən qapını açıb ayağını çölə çıxardı – VİDEO

 

Ötən gecə Bakıda avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozub.

Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə gecə saat 03:00 radələrində, şəhərin Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, “10-JJ-277” nömrə nişanlı avtomobilin sürücüsü maşını qapısı açıq şəkildə idarə edib. Bu zaman avtomobildə əyləşmiş digər bir şəxs də qapıdan ayaqlarını çölə çıxarıb. Oların bu hərəkəti həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atıb.

Hadisə ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.
Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, məsələ nəzarətə götürüldü. Bu barədə araşdırma aparılıb ətraflı məlumat veriləcək.

 

Oxşar xəbərlər

Rusiyanın Yekaterinburq şəhərində baş verən “OMON” özbaşnalığı iştitakçının dilindən

admin

“Arvad qapazı yeyənlərin məsləhəti ilə çox uzağa getmək mümkün deyil…”

redaktor

Misir Mərdanov sirləri açdı: ona hansı sözünə görə sui-qəsd təşkil edilib?

redaktor