Cəmiyyət

Bakıda avtomobil gedərkən qapını açıb ayağını çölə çıxardı – VİDEO

 

Ötən gecə Bakıda avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozub.

Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə gecə saat 03:00 radələrində, şəhərin Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, “10-JJ-277” nömrə nişanlı avtomobilin sürücüsü maşını qapısı açıq şəkildə idarə edib. Bu zaman avtomobildə əyləşmiş digər bir şəxs də qapıdan ayaqlarını çölə çıxarıb. Oların bu hərəkəti həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atıb.

Hadisə ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.
Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, məsələ nəzarətə götürüldü. Bu barədə araşdırma aparılıb ətraflı məlumat veriləcək.

 

Oxşar xəbərlər

Rəcəb Babaşovdan sonra Mingəçevir Şəhər İşiqlanma İdarəsi də 1 manatlıq şirkəti tenderdə qalib etdi.

admin

“Həbs etdiyiniz insanlara əlavə əziyyət verməkdən əl çəkin”

admin

Elvin Cəfərquliyev: “Santosun boğazından ona görə tutdum ki…” Oyunda baş verən dava-dalaş haqqında

admin