15 C
Bakı
22 Aprel 2026 19:34
Şou

“Gərək qəbrimi qazıb uzanam içinə“ – Aktrisa

“Gərək qəbrimi qazıb uzanam içinə“ - Aktrisa

“Deyirlər bəzən ki, ailə məsələləri ilə gündəmə gəlirsən. Məni ailə məsələmlə gündəmdən salmağa çalışdılar. Çünki seriallardakı rollarım uğurlu alınmışdı, tnınmışdım, sevilmişdim”.

Tacxeber.com Lent az-a istinadla xəbər verir ki, bu sözləri ailəsi ilə küsülü olan əməkdar artist Sonaxanım Vəliyeva deyib.

Aktrisa qeyd edib: “Pərvanələrin rəqsi”ndə məşhurlaşdım. “Vicdan haqqı”ndakı obrazım isə partlayış oldu. Uğurlarımı həzm edə bilmədilər. Yəqin axır zamandır. Doğmalar mal-mülk üstündə bir-birlərindən ayrı düşürlər, mərhəmət etmirlər.

Allah ağlımı almaqdansa, canımı alsın. Özümə bir bunu arzu edirəm. Məni çox incitdilər. Amma unutmuşam gedib. İrəli baxmalıyam. Arxaya baxaraq qabağa getmək olmaz. Güclü olmalıyam. İşimlə-gücümlə irəli getməliyəm, balamın xoşbəxtliyi naminə. Yoxsa, gərək qəbrimi qazıb uzanam içinə”.

Tacxeber.com

Oxşar xəbərlər

Oksana: “Ərimlə heç vaxt birlikdə yaşamamışıq” – Video

redaktor

“Pulumu xərcləməyə qıymıram“ – Xanəndə

redaktor

Yalandan boşandıqlarını dedilər

redaktor