25 C
Bakı
23 İyun 2025 14:49
Siyasət

“Bütün təxribatların arxasında Rusiya dayanır” – Qarabağda nə baş verir?

“Bütün təxribatların arxasında Rusiya dayanır” - Qarabağda nə baş verir?

“Qarabağ separatçılarının hazırkı mitinqləri 90-cı illərin situasiyasını xatırladır. Aşağı-yuxarı bizim həmin dövrdəki vəziyyətimizlə eynidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi Menecment İnstitutun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlıdeyib.

O, Qarabağ separatçıların iyulun 25-dən etibarən Xankəndinin İntibah meydanında keçirilməsi planlaşdırılan etiraz aksiyalarına münasibət bildirib.

Xatırladaq ki, tanınmamış “DQR”in “dövlət naziri” Qurgen Nersisyan bu bəyanatla çıxış edərək bildirib ki, “Artsax xalqı” və ərazisi heç bir zaman Azərbaycanın tərkib hissəsi olmayacaq.

Separatçı rejimin nümayəndəsi, həmçinin əlavə edib ki, Qarabağın öz müqəddəratını təyinetmə hüququna hörmət etmək və vahid mübarizəni bir daha təsdiqləmək üçün erməniləri İrəvan mərkəzində aksiyaya çağırıb.

Öz növbəsində, A.Qasımlı söyləyib ki, o, bu etiraz aksiyalarını əlacsızlıq kimi qiymətləndirir. Onun fikrincə, müharibə şəraiti varsa və əvvəlki dövrlərdə qarşıdurmalar olubsa, burada aksiyalar keçirməklə nəyəsə nail olmaq mümkün deyil.

“Digər tərəfdən, bütün bunların arxasında dayanan Rusiyadır. Rusiya bunu edərək dünyaya mesaj verməyə çalışır ki, guya Qarabağ ermənilərinin hüquqları pozulub və s. Amma Rusiya faktorundan daha çox bu, əlacsızlıqdan irəli gələn bir aksiyadır. Bunun indiki mərhələdə ciddi bir təsirinin olacağını gözləmirəm. Bunun yalnız o halda təsiri ola bilər ki, hazırda Ermənistanla Azərbaycana arasında gedən danışıqlar – hansı ki, Vaşinqton və Brüssel formatlarında həyata keçirilir – uğursuzluğa düçar olacaqsa və Qərb də bu danışıqlardan məmnum olmayıb onun perspektivini görməyəcəksə, onda bu aksiyaların bir mənası ola bilər ki, bizim hüquqlarımız pozulur və s. Lakin indiki mərhələdə bunun ciddi təsirinin olacağına inanmıram”, – müstəqil siyasətçi fikirlərini tamamlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Beş məntəqənin nəticəsi ləğv edildi – Rəsmi

admin

Borreldən ŞOK İTTİHAM – HƏMAS-ı İsrail yaradıb, özü də maliyyələşdirir

admin

Argentina prezidenti maaşının artırılması ilə bağlı fərmanı ləğv ETDİ

admin