19 C
Bakı
11 Sentyabr 2026 06:19
Dünya

Çinin XİN başçısı “yoxa çıxdı”, britaniyalı nazirin səfəri təxirə salındı

 

Britaniya xarici işlər naziri Ceyms Kleverlinin Pekinə səfərini təxirə salıb, bu qərara Çinin xarici işlər naziri Qin Qanqın ictimai məkandan yoxa çıxması təsir göstərə bilər.

Tacxeber.com  xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Nəşr qeyd edir ki, Ceyms Kleverli iyul ayına planlaşdırılan Pekinə səfərini təxirə salıb. Buna Çinin xarici işlər naziri Qin Qanqın demək olar ki, bir aydır ictimaiyyət qarşısında görünməməsi təsir edə bilər.

Agentlik mənbələrinin məlumatına görə, bu, Kleverlinin səfərinin ləğv edilməsinin əsas səbəbi olub. “Bloomberg”in digər həmsöhbəti qərarda Çin Xarici İşlər Nazirliyinin rəhbərinin olmamasının “bir neçə amildən biri” olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirmişdi ki, ABŞ hakimiyyətinin Çinin xarici işlər naziri Qin Qanqın ictimai məkandan yoxa çıxmasının səbəbləri barədə məlumatı yoxdur.

İyulun 4-də bildirilib ki, Çin hakimiyyəti Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin Pekinə səfərini təxirə salıb. Borrelin Pekinə səfəri, orada Çinin xarici işlər naziri Qin Qanq, eləcə də digər nüfuzlu şəxslərlə görüşü nəzərdə tutulmuşdu. (Qaynarinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Odessa limanı yaxınlığında bir gəmiyə dron hücumları nəticəsində Azərbaycan dənizçiləri həlak olub

redaktor

Husilər Babül Məndəbə doğru irəlilədi: Məkkə sazişi işə düşəcəkmi?

redaktor

Trampı təbrik etmək olar

redaktor