30 C
Bakı
10 Avqust 2025 19:55
Cəmiyyət

Ana körpəsini zibilliyə belə atıb – VİDEO

Ana körpəsini zibilliyə belə atıb - VİDEO

Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.

Modern.az bildirir ki, hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.

Orada zibIl yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.

Uşağın anası polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Körpənin zibilliyə atılmasının görüntülərini təqdim edirik:

Oxşar xəbərlər

Pensiya kartlarına qoyulan blokla bağlı vəsatətlər təmin edilmədi.

admin

Sahil Babayev iki yüksək vəzifəli şəxsi işdən azad etdi

redaktor

“Nikosayağı”nın atası: “Media oğlumun işini çətinləşdirir”

admin