
Şimal-Qərb Universitetinin (dünyanın ən yaxşı 20 universiteti və ABŞ-ın ən yaxşı 10 universiteti siyahısına daxildir) alimləri ilk dəfə olaraq yeraltı iqlim dəyişikliyini şəhər ərazilərinin altındakı torpaq dəyişikliyi ilə əlaqələndiriblər. Onlar qlobal istiləşmənin binaların dağılmasına səbəb ola biləcəyini iddia edirlər.
Tacxeber.com xəbər verir ki, tədqiqatçıların fikrincə, yer isindikcə binalar deformasiyaya uğrayır.
Bu fenomen bina təməllərinin və ətrafdakı qruntların həddindən artıq yerdəyişməsinə (genişlənmə və büzülmə səbəbindən) və hətta çatlamağa səbəb olur ki, bu da son nəticədə konstruksiyaların uzunmüddətli işlənməsinə və dayanıqlığına təsir göstərir.