Dünya

Döyüşlər şiddətləndi – Ukrayna ordusu iki istiqamətdə irəliləyir

Rusiya qüvvələrinin böyük hissəsini Kupyan, Liman, Baxmut, Avdiv və Marin ərazilərində cəmləşdirir. Cəbhənin bu ərazilərində şiddətli döyüşlər davam edir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Gün ərzində cəbhədə 35-dən çox toqquşma baş verib.

“Hərbçilərimiz Kupyan istiqamətində müdafiəni möhkəm saxlayırlar. Marin istiqamətində isə Müdafiə Qüvvələri Rusiya qoşunlarının irəliləyişinin qarşısını almağa davam edir”, – Baş Qərargahdan bildiriblər.

Rusların Liman və Şaxtyor istiqamətlərində irəliləmək cəhdləri nəticəsiz bitib. Bundan əlavə, Ukrayna ordusu aviasiya və artilleriya atəşi altında Avdiv və Keramika rayonlarında rus qoşunlarının hücumlarını uğurla dəf ediblər.

Rusiya qüvvələri Zaporoje və Xersonda əsas səylərini Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almağa yönəldib.

Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Melitopol və Berdyan istiqamətlərində hücum əməliyyatını davam etdirir, azad olunan mövqelərdə möhkəmlənir, müəyyən edilmiş hədəfləri vurur və kəşfiyyata qarşı əks-tədbirlər həyata keçirir.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Ukraynadakı müharibə zonasına gedib — Peskov təsdiqlədi

redaktor

Azərbaycanda tibb müəssisələrinə vergi güzəştinin tətbiqinə başlanılır

redaktor

Tramp rekord qıran ABŞ müdafiə büdcəsini imzaladı. Ukrayna nə əldə edəcək?

redaktor