25 C
Bakı
23 İyun 2025 16:15
Siyasət

“Ərdoğan qədər təcrübəli siyasətçi dünyada çox az qalıb, hamını suya susuz aparıb, susuz da gətirir”

 

“Ərdoğan qədər təcrübəli siyasətçi dünyada çox az qalıb, hamını suya susuz aparıb, susuz da gətirir, hamıdan Türkiyə və öz xeyrinə istifadə edir – bu nadir bacarıqdır”.

Tacxeber.com Pravda.az-a istinadənxəbər verir ki, bunu ekspert Natiq Cəfərlideyib.

N.Cəfərli bildirib ki, seçkilərdən həmən sonra ölkə əhalisinin yarısının ona qarşı olduğunu gördü, mesajı aldı, siyasətində dəyişiklik etməyə başladı: “Son həftələr Qərblə isinişən münasibətləri, Türkiyənin yenidən AB üzvlüyü məsələsinin aktuallaşması, NATO-da ən böyük söz sahibi olan 3-4 ölkədən biri, NATO-nun 2-ci ən güclü ordusuna sahib olması qardaş ölkənin uğurudur, amma həm də bizə – Azərbaycana müsbət təsirləri olacaq. Türkiyənin Qəbrlə yaxınlaşması rəsmi Bakının siyasətinə də təsir edəcək, hətta 5-6 ildən sonra Bakının ÜTT ilə yenidən danışıqlara başlaması bunun ilkin işarəsidir”.

“Qardaş Türkiyənin siyasi xətti, xarici siyasət prioritetləri Azərbaycan üçün də yol-iz açır. Rəsmi Bakı bu il AB ilə strateji sazişi də imzalaya bilər, bu isə ölkəmizə, əsas da vətəndaş cəmiyyətinə müsbət təsir göstərəcək…” – ekspert əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Xəritələr hazırdır, bölgədə 7 yeni dövlət qurulacaq” – Şok iddia

admin

Zelenskini qovdular yoxsa özü tərk etdi Ağ Evi?

admin

Trampın sosial şəbəkəsi debatdan sonra dəyər itirdi

admin