28 C
Bakı
13 Avqust 2025 18:36
İdman

“Qarabağ” “Linkoln”a son dəqiqə qolu ilə qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

Ölkəmizi turnirdə təmsil edən “Qarabağ” da mübarizəyə bu mərhələdən başlayıb. Ağdam təmsilçisi ilk oyununda səfərdə Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açsa da, “Qarabağ” 2:1 hesablı əzmkar qələbə qazanıb. Qələbə qolunu 90+4-cü dəqiqədə “Qarabağ”ın yeni transferi Yassin Benzia vurub.

Komandalar arasında cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bu cütün qalibi 2-ci mərhələdə “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Ağdam təmsilçisinin ilk görüşü yenə səfərdə olacaq.

11 iyul

Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

19:30. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) – 1:2

Qollar: Kike Qomes, 25 (1:0), Redon Cica, 59 (1:1), Yassin Benzia, 90+4 (1:2)

Baş hakim: Vitalijs Spasjonnikov (Litva) (qol.az)

Tacxeber.com

 

“Viktoriya” stadionu.

Oxşar xəbərlər

2022-nin ən yaxşı futbolçusu

redaktor

“Kəpəz” “Turan Tovuz”a böyük hesabla qalib gələ bildi

admin

Tərlan Əhmədov: “İsti suyumuz olmur, komanda məşqdən sonra gedib evdə yuyunur”

redaktor