24 C
Bakı
22 İyun 2025 16:27
Cəmiyyət

Ebru Gündeşə görə Azərbaycana 25 min dollar ödənilməlidir

 

Ebru Gündeş 250 min dollar qazanıbsa, burada onun 25 min dollarlıq vergi öhdəliyi yaranır. Bu pulu büdcəyə ya müğənni ödəməlidir, ya da bu pulu ona ödəyən tərəf”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert bu toyda vergidən yayınma hallarının çox olduğunu bildirib: “Toy sahibi deyə bilər ki, filan müğənni dostumdur, pulsuz oxuyub. Çünki ikisi də ölkənin qeyri-rezidentidir, pullarını xaicdə qazanır. Birdəfəlik xidmət olduğuna görə vergidən yayınma imkanları çox genişdir. Doğrudan da toyda müğənniyə hər hansı ödəniş edilibsə, bu aşağıdakı kimi tənzimlənməlidir. Bu toyda ölkə daxilində qazanc əldə edilib. Qazancın mənbəsi Azərbaycanın Şəmkir rayonudur. Vergi Məcəlləsinə və hər iki şəxs qeyri-rezident olduğuna görə, 125-ci maddəyə nəzərən 10% ödəmə mənbəyindən vergi yaranır. Vergi Məcəlləsi də deyir ki, vergini pulu ödəyən tərəf ödəməlidir. Hər hansı səbəbdən ödəyici vergini ödəmirsə, pulu qazanan şəxsin bir başa borcudur ki, qeydiyyata düşsün, elan eləsin və buradan vergisini ödəsin”.

Tacxeber.com

Oxşar xəbərlər

Peycer və mobil telefonları kənardan necə partlatmaq olur? – ARAŞDIRMA

redaktor

Payızda davamlı olaraq yuxulamaq bu xəstəliklərin əlamətidir – XƏBƏRDARLIQ

redaktor

Tahir Kərimli: “Bağırov” körpüsü sökülməlidir, Çində, Yaponiyada evlərin üstündən belə yollar salırlar, bunu etmək nə çətin məsələdir?”

redaktor