31 C
Bakı
22 Avqust 2026 14:04
Dünya

Köhnə seysmoloji xəritə özünü doğruldur? – VİDEO

 

“Azərbaycanın köhnə seysmoloji xəritəsi bu gün də özünü doğruldur”.

Tacxeber.com xəbər verir ki, bunu Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, seysmoloji xəritə köhnə olsa da, dünən Xəzərin zəlzələ baş verən hissəsi orada ən aktiv zona kimi qeyd olunub.

Şöbə müdiri bildirib ki, ölkə ərazisində 8-9 bal gücündə zəlzələ gözlənilən bölgələrimiz də var.

Ənvər Əliyev paytaxt ərazisində dağıdıcı gücə malik olan zəlzələlərin gözlənilmədiyini, heç Bakının tarixində də belə ciddi hal olmadığını vurğulayıb.

Şöbə müdiri qeyd edib ki, paytaxt ərazisində yeraltı təkanlardan ən çox zərər görmə ehtimalı olan yerlər dağlıq ərazilərdir.

Ənvər Əliyevin sözlərinə görə, ölkə ərazisində ən az seysmoloji aktivliyə malik olan ərazi isə Kür-Araz ovalığıdır.

Daha ətraflı süjetdə:

Oxşar xəbərlər

Bu saatın ən vacib xəbərləri:

admin

Rusiyada buğda ixracı son 16 ilin ən aşağı səviyyəsinə düşüb.

admin

N. Paşinyan: Kərki Ermənistan ərazisi deyil

admin