26 C
Bakı
27 Sentyabr 2026 15:53
İqtisadiyyat

Kartof və soğan QITLIĞI OLACAQ

Kartof və soğan QITLIĞI OLACAQ

“İyun ayında ölkə üzrə yağıntının çox olması, ​dolu düşməsi kənd təsərrüfatına kifayət qədər zərər verdi. Xüsusilə də sel suları təsərrüfatlara xeyli ziyan vurdu. Sözsüz ki, bu, məhsuldarlığa mənfi təsir göstərdi. Təbii fəlakət eyni zamanda taxıl biçimində problem yaratdı”.

Tacxeber.com xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, sahələrdə texnikanın hərəkətinin çətinləşməsi taxılın biçilməsinə mane olur:

“Əgər yağıntı uzun müddət davam etsə, bunun məhsuldarlığa daha ciddi təsirini müşahidə edəcəyik”.

Hava şəraitinin təsərrüfata vurduğu zərərə gəldikdə isə ekspert bildirib ki, əsasən kartof və soğan məhsullarında qıtlığın şahidi ola bilərik. Çünki yağıntı ən çox bu məhsulların yığımı və tədarükünə problem yaradır

“Həmçinin, yağıntılı hava şəraitinin qarpız, qovun, pomidor və xiyar kimi bostan bitkilərinin də məhsuldarlığına təsirini görə biləcəyik”.


Oxşar xəbərlər

Qadağalarla iqtisadiyyat idarə olunmur

redaktor

Nənənin bankası üçün sertifikat: niyə Azərbaycanda kəndlər boşalır?

redaktor

Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb

redaktor