İdman

Karlo Ançelotti Braziliya millisini çalışdıracaq .

“Real”ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisini çalışdıracağı təsdiqlənib.

Bunu Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges öz Tvitter hesabındakı paylaşımında bildirib.

O, 2024-cü ildə komandaya Ançelottinin rəhbərlik edəcəyini bildirilib. İtaliyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-dək qüvvədə olacaq.

Braziliya Futbol Konfederasiyasının rəsmi saytı Ançelottiyə qədər komandanı Fernando Dinizin çalışdıracağını açıqlayıb.

Qeyd edək ki, 64 yaşlı Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. O, Madrid klubuna ikinci qayıdışından sonra 2 il ərzində Çempionlar Liqasını, Klublararası Dünya Çempionatını, La Liqanı, İspaniya kubokunu və Superkubokunu qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Sabah” Berezutskini sağollaşır, əvəzinə ukraynalı mütəxəssis gətirir

admin

Teymur Rəcəbovun ailəsiylə Yeni il fotosessiyası

admin

Sergen Yalçın növbəti dəfə “Beşiktaş”ın baş məşqçisi olacaq

admin