23 C
Bakı
24 İyun 2025 13:19
Gündəm

Bakı bizdən yalnız bunu tələb edir – Arutyunyan

 

Bakı yalnız inteqrasiya prosesləri ilə bağlı danışıqlar aparmağa razıdır.

Bu sözləri Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı-terrorçuların başçısı Araik Arutyunyan deyib.

O bildirib ki, danışıqların başqa formada aparılması mümkünsüzdür:

“İki il cəhd etdim, amma Bakı yalnız inteqrasiya proseslərini müzakirə edir. Bunu nəinki bizə deyirlər, BMT-də də deyirlər, dünən də, bu gün də – Blinken-Mirzoyan-Bayramov görüşündə də deyilib. Azərbaycan bizə deyir ki, birinci məsələ “müdafiə ordusunun” (Xankəndidəki qanunsuz silahlı dəstələr-red.) buraxılmasıdır. Sonra “dövlət idarəetmə sistemi” ləğv edilməlidir. Başqa formada danışıqlar nəticə vermir”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

“Onların başının tacı şəhidlər yox yuxarıdan gələn tapşırıqdır”. Nəriman İlqaroğlu

admin

Zelenski müharibə başlayandan bəri bu otaqda yaşayır – VİDEO

redaktor

Bakı metrosunun yeni stansiyasından ilk görüntülər – FOTOLAR

admin