12 C
Bakı
28 Mart 2026 13:07
Cəmiyyət

Emin Ağalarov Bakıda daha bir 8 mərtəbəli bina tikir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi, “Sea Breeze” istirahət zonasının ərazisində yaşayış binasının tikintisinə icazə verib.


Ümumi sahəsi 13 min 365,86 kv. metr olacaq bina 8 mərtəbəli olacaq. Binada ümumilikdə 112 otaq olacaq.
Məlumat üçün bildirək ki, “Sea Breeze” istirahət zonasının ərazisində daha əvvəl də bir neçə 8 mərtəbəli yaşayış binası inşa olunub.
Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Çingiz Abdullayevdən əl çəkməyən səviyyəsizlər – Təvəkkül Boysunar

admin

Hökumət Əli Kərimlini legitim partiya sədri kimi tanımır.

admin

Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı

redaktor