12 C
Bakı
29 Mart 2026 20:23
Hadisə

“Akkord“un binasında lift qırıldı – 6 nəfər xəsarət aldı

“Akkord“un binasında lift qırıldı - 6 nəfər xəsarət aldı

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb.

Tacxeber.com Report-a istinadla xəbər verir ki, hadisə iyunun 29-da, axşam saatlarında paytaxtın Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.

Kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb.

Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib: “Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Tacxeber.com

Oxşar xəbərlər

İcra Hakimiyyəti əməkdaşı intihar etdiyi deyilir – Foto

admin

13 yaşlı şagirdinə qarşı qeyri-etik hərəkətlər edən müəllimə 7 il 6 ay HƏBS CƏZASI verildi

redaktor

Almaniya “Patriot” HHM raketlərinin istehsalına başlayıb.

admin