Dünya

İsveçdən növbəti skandal: Quranın yandırılmasına yenə icazə verildi

 

İsveç polisi növbəti dəfə müsəlmanlara qarşı təxribatçı hərəkətlərə icazə verib.

Tacxeber.comAFP-yə istinadla xəbər verir ki, İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.

Xəbərdə qalmaqallı aksiyanın şəhərdəki baş məscidin qarşısında yerli vaxtla saat 13:30-da keçiriləcəyi bildirilib.

Məlumata görə, polis bunun üçün şəhər kənarından əlavə qüvvələr cəlb olunmasını istəyib.

Qeyd edək ki, yanvarın 21-də ifrat sağçı fikirləri ilə tanınan Rasmus Paludan Paludan Türkiyənin Stokholmdakı diplomatik nümayəndəliyi qarşısında Quranı açıq şəkildə yandırması Türkiyə ilə İsveç arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu.

Türkiyənin NATO-ya üzv olmaq üçün təsdiqini gözləyən İsveç qalmaqallı qərarı ilə yenidən gərginliyi artırıb.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor