21.6 C
Bakı
28 İyun 2026 10:51
Hadisə

Bakıda 20 yaşlı tələbəni evindən çıxarıb məhəlləsində öldürdülər – VİDEO

 

İdman Akademiyasının ikinci kurs tələbəsi idi. İmtahanları uğurla verib, düz bir ay əvvəl isə telefon satışı mağazasında işə başlayıb.

Söhbət ötən gecə Nərimanov rayonu, Hidayətzadə 20 ünvanının sakini, ötən gecə qətlə yetirlən 20 yaşlı Hikmət Məmmədovdan gedir.

Dünən gecə böyük bacısı məzun adını qazandığına görə ailə bir yerə toplaşıb, bu sevinci bölüşürmüş.

İyunun 23-də axşam 21 radələrində məhələllə uşağları ona zəng edir. Faciə də, elə bundan sonra yaşanır.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Məmmədov Fateh Vəkil oğlunu polis əməkdaşları saxlayıb.

DİN-in mətbuat xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən digər iki şəxsin də tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq

 Tacxeber.com

Oxşar xəbərlər

Fəzail Ağamalının deputat qızı bağçasını satır – QİYMƏT

admin

Bakıda sürücü “moyka”nın qarşısında qəfil öldü – VİDEO

admin

“Siyəzən Broyler”in həyətində insan sümükləri aşkarlandı

admin