31 C
Bakı
13 Avqust 2025 16:58
Dünya

“Vaqner” hərbi kolonu Voronej vilayəti istiqamətində hərəkət edir – VİDEO

 

“Vaqner” özəl hərbi şirkətinin hərbi texnika kolonu Rusiyanın Voronej vilayəti istiqamətində hərəkət edir.

Oxu.Az-ın məlumatına görə, bu barədə Voronej vilayəti hökumətinin “Telegram” kanalında məlumat verilib.

“Hərbi texnika karvanı M-4 “Don” federal magistral yolu ilə hərəkət edir. Biz Voronej vilayətinin bütün sakinlərindən M-4 “Don” federal magistralından və fərdi avtomobillərdən müvəqqəti istifadə etməməyi xahiş edirik”, – deyə məlumatda deyilir.

Bundan başqa Rossoşanski bələdiyyə dairəsi administrasiyasının rəhbəri Yuri Mişankov öz “Telegram” kanalında sakinlərə müraciətində evlərindən çıxmamağı və avtomobillərdən istifadə etməməyi xahiş edib.

 

Oxşar xəbərlər

Şahzadə Putinə görə Londona getmədi – Diplomatik uğursuzluq.

admin

Temperatur 40 dərəcəyə yüksələcək

redaktor

Zukerberq Bezosu geridə qoydu – Milyarderlər SİYAHISI

redaktor