15 C
Bakı
24 Mart 2026 15:54
Dünya

“Vaqner” hərbi kolonu Voronej vilayəti istiqamətində hərəkət edir – VİDEO

 

“Vaqner” özəl hərbi şirkətinin hərbi texnika kolonu Rusiyanın Voronej vilayəti istiqamətində hərəkət edir.

Oxu.Az-ın məlumatına görə, bu barədə Voronej vilayəti hökumətinin “Telegram” kanalında məlumat verilib.

“Hərbi texnika karvanı M-4 “Don” federal magistral yolu ilə hərəkət edir. Biz Voronej vilayətinin bütün sakinlərindən M-4 “Don” federal magistralından və fərdi avtomobillərdən müvəqqəti istifadə etməməyi xahiş edirik”, – deyə məlumatda deyilir.

Bundan başqa Rossoşanski bələdiyyə dairəsi administrasiyasının rəhbəri Yuri Mişankov öz “Telegram” kanalında sakinlərə müraciətində evlərindən çıxmamağı və avtomobillərdən istifadə etməməyi xahiş edib.

 

Oxşar xəbərlər

Urmiyada baş verən etirazların Təbrizə, Ərdəbilə və digər şəhərlərə də sıçraması ehtimalı var.

admin

Mask Trampın Zelenski ilə telefon danışığına qoşularaq, Kiyevə yardım VƏD EDİB

redaktor

Ərdoğan Kılıçdaroğludan aldığı təzminatı onlara bağışladı

redaktor