29 C
Bakı
14 Avqust 2025 13:28
Dünya

“Vaqner” hərbi kolonu Voronej vilayəti istiqamətində hərəkət edir – VİDEO

 

“Vaqner” özəl hərbi şirkətinin hərbi texnika kolonu Rusiyanın Voronej vilayəti istiqamətində hərəkət edir.

Oxu.Az-ın məlumatına görə, bu barədə Voronej vilayəti hökumətinin “Telegram” kanalında məlumat verilib.

“Hərbi texnika karvanı M-4 “Don” federal magistral yolu ilə hərəkət edir. Biz Voronej vilayətinin bütün sakinlərindən M-4 “Don” federal magistralından və fərdi avtomobillərdən müvəqqəti istifadə etməməyi xahiş edirik”, – deyə məlumatda deyilir.

Bundan başqa Rossoşanski bələdiyyə dairəsi administrasiyasının rəhbəri Yuri Mişankov öz “Telegram” kanalında sakinlərə müraciətində evlərindən çıxmamağı və avtomobillərdən istifadə etməməyi xahiş edib.

 

Oxşar xəbərlər

Bunu Ukrayna yox, NATO zabitləri edə bilər – Putin

redaktor

KİV: Mask seçkilərdən bəri Trampın evində yaşayır

redaktor

Pezeşkianın oğlu Bakıya səfərindən yazdı: “Türk dilinin yayılması…”

redaktor