32 C
Bakı
12 Avqust 2025 17:38
Sağlamlıq

Günorta yatmaq beyinə necə təsir edir?

 

Günorta yuxusu insan beyninin həcmini artırır.

Bu barədə “Sleep Health” jurnalında Kaliforniya universitetinin və Uruqvay Respublikasının universitetinin alimlərindən ibarət beynəlxalq komandanın apardığı araşdırmanın nəticələrinin yer aldığı məqalədə deyilir.

Araşdırma zamanı mütəxəssislər 40 yaşdan 69 yaşa qədər olan 378 932 nəfərin məlumatlarını təhlil edib. Ekperimentin məqsədi günorta yuxusu ilə insan beyninin sağlamlığı arasında səbəb-nəticə əlaqəsini təyin etmək olub.

Belə məlum olub ki, genetik olaraq günorta yatmağa meyilli olan şəxslər daha irihəcmli beyinə malik olub. Bu isə özlüyündə beyinin sağlamlığı, eləcə də demensiya və digər xəstəliklərin inkişaf riskinin daha az olması ilə əlaqələndirilir.

Alimlər ümid edirlər ki, onların gəldiyi nəticələr günorta yuxusu ilə bağlı hələ də mövcud olan stiqmanı azaltmağa kömək edəcək.//Qafqazinfo

Tacxeber.com

Oxşar xəbərlər

Balıqla soğanı birgə yeyin! – İnanılmaz faydaları

redaktor

Bizi xərçəngdən qoruyan vasitə

redaktor

Həkimlərdən MƏSLƏHƏT: Tez-tez qucaqlaşın

redaktor