22 C
Bakı
09 Oktyabr 2026 17:02
Təhsil

Sertifikasiya imtahanında maksimum balı Salyan müəllimləri yığıb – VİDEO

 

İyunun 20-də Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən İbtidai sinif müəllimlərinin sertifikasiya imtahanında 2 müəllim ən yüksəl balı -60 balı toplaya bilib. Bu barədə Nazirlikdən bildirilib.

Belə ki, ən yüksək bal yığan müəllimlərdən biri Salyanın Yenikənd orta məktəbinin müəllimi Dünyamalıyevə Flora, digəri isə Salyan 2 saylı məktəbin müəllimi Məmmədova Şahinə olub.

Elm və Təhsil Nazirliyi tərəfindən iyunun 20-dən başlayaraq ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Sertfikasiya 23 imtahan mərkəzində keçirilir. 20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq.

Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.

İmtahanda minumum bal 50, maksimum bal isə 60 bal nəzərdə tutulub.

 Tacxeber.com

Oxşar xəbərlər

Biz məktəbə niyə gedirik?

redaktor

Fransada nə baş verir….?

redaktor

Hicab mübahisəsi: qızlarımızın təhsili və seçim azadlığı

redaktor