30 C
Bakı
12 Avqust 2025 12:11
Hadisə

Azərbaycanda baş çavuş özünü güllələdi

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.

Tacxeber.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Tacxeber.com

Oxşar xəbərlər

Özbəkistanda hərbi anbarda partlayış: 3 700-dən çox bina dağıldı

redaktor

Qubada ayı sakinlərə hücum etdi: Mal-qaranı parçaladı – FOTO

redaktor

Həkimlər və teleaparıcıların adından istifadə edərək sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

redaktor